Şİrkət
Fəlsəfəmİz

İnsanların düşüncələrinə, hisslərinə və mədəni dəyərlərinə müsbət təsir göstərmək, onları memarlığın semantikası ilə tanış etməkdir. Biz, insanların həyat tərzləri və fikirlərini müşahidə edir və bunları memarlığın üslub özəllikləri ilə estetik formada birləşdirərək məkanların həqiqi dəyərini təqdim edirik. Məkanlara, sadəcə daş toplusu kimi deyil, həm də sizi ifadə edən, hər tərəfdə mənəvi rahatlıq tapmağınız üçün münbit şərait təqdim edən, həyatınızın böyük bir hissəsində öz təsirini qabarıq şəkildə göstərən əsas vasitələrdən biri kimi yanaşırıq. Rənglərin, əşyaların və digər detalların harmoniyası bizə, məna ifadə edən nüansları tapmaqda ilham verir. Memarlıq, bu nüanslar vasitəsi ilə müxtəlif auraların formalaşdırılması üçün bizə sərhədsiz imkanlar təqdim edir və bu, bir özünü ifadə tərzidir

Təsəvvürdən formaya

Təcrübələrimiz çox olsa da, hekayəmiz yeni başlayır. Zamanın ağır sınaqlarından keçən qurucu memarlarımız, LAJEDI adı altında, xəyal gücümüzü və təcrübəmizi sizlərlə bölüşmək üçün bir araya gəldi. Adımızın arxetipləri isə qurucu atalarımızın dağ ətəklərində salmış olduqları yaşayış məskənlərində yatır. Keçmişdən gələn təcrübələrimiz ilə yeni yanaşmaların yoğrulması epik hekayəmizin ideyasını reallığa çevirdi. İdeyamız memarlığı təbiətdən ayırmadan onu müxtəlif zövqlərə uyğunlaşdıraraq insanların doğmalıq hisslərinə xitab etməkdir.

Bəşər övladının keçmişinə, ənənələrinə və hekayəsinə istinad edərək gələcəyə baxışımız şəhər memarlığının insanlara xidmət etməsini təmin etməkdir. Orjinal əsası olmayan suni qəlibləri aşaraq erqonomik qaydaların izləri ilə şəhərlərimizin memarlıq tiplərinə yeni yanaşmalar gətirmək bizim əsas baxış bucaqlarımızdan biridir. Müasir texnologiyaların dəstəyi sayəsində, biz, keşmişdə insan və coğrafiyanın vəhdəti ilə inşa edilmiş memarlıq xüsisiyyətlərini cari dövrün fəaliyyət sahələrilə birləşdirməyin mümkünlüyünü görürük.  LAJEDI olaraq qədimliyin forma, məzmun və davamlılığını əsas götürərək memarlığın gələcəyinə tarazlıq, nisbət, ahəng və vəhdət məcmusundan baxırıq.

rəqəmlər nə deyİr

10+
İL təcrübə
100+
tamamlanmış lahİyə
80+
məmnun müştərİ

Sadə və effektİV prosesİmİz var

- VİSUAL ANALİZ

- MÜHƏNDİS ÖLÇÜLƏRİ

- MÖVCUD PLANLAMA

- TEXNİKİ TAPŞIRIĞ

- BƏDİİ TƏRTİBAT

- TEXNİKİ PLANLAMA

- SƏNƏDLƏŞMƏ

sİzİ məkanımızda görməyə şad olarıq